İsrailin BMT-dəki səfiri İran prezidentinin çıxışı zamanı etiraz plakatı qaldırdı – FOTO/VİDEO

Dünya


İsrailin BMT-dəki səfiri İran prezidentinə etirazını nümayiş etdirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Məlumata görə, İsrail hökumətinin BMT-dəki səfiri Gilad Erdan İran Prezidenti İbrahim Rəisinin təşkilatın Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı etiraz əlaməti olaraq plakat qaldırıb. Plakatda “Əxlaq” polisi tərəfindən qətlə yetirilmiş Məhsa Əmininin fotoşəkli və “İran qadınları artıq azadlığa layiqdirlər” yazısı əks olunub.

Qeyd edək ki, iki gün öncə İbrahim Rəisi BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir