Misir sahillərində gözəllik ilahəsi Afroditanın məbədi və unikal xəzinə tapılıb – FOTO

Maraqlı


Misir sahillərində Afroditanın batmış məbədi aşkar edilib.

Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi xəbər yayıb.

Bildirilir ki, Misir və Fransadan olan beynəlxalq arxeoloqlar qrupu İsgəndəriyyə yaxınlığında suyun altında qalan qədim yunan gözəllik, sevgi və məhsuldarlıq ilahəsinə həsr olunmuş məbəd tapıblar.

Bildirilir ki, məbəd Əbu Kir körfəzində batmış qədim Heraklion şəhərində sualtı qazıntılar zamanı aşkar edilib və eramızdan əvvəl 5-ci əsrə aiddir.

Məbədin içərisində Yunanıstandan gətirilmiş tunc və keramika əşyalar tapılıb.

Qeyd edilib ki, eramızdan əvvəl 8-ci əsrdə inşa edilən Heraklion e.ə. 331-ci ildə İsgəndəriyyə tikilənə qədər Qədim Misirin ən böyük ticarət mərkəzi və limanı olub. Şəhər təxminən 1200 il əvvəl su altında qalıb.

Onun xarabalıqları 45 metrə qədər müxtəlif dərinliklərdə yerləşir.

Heraklion arxeoloqlar tərəfindən kəşf edildiyi gündən (2006-cı il) sualtı muzey hesab edilir.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir