“Avropa İttifaqının (Aİ) bir sıra ölkələri BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında yalnız Ermənistanın xristian ölkəsi olmasını rəhbər tutaraq Azərbaycanın əleyhinə çıxış ediblər”.
Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.
“Bir sıra Aİ ölkələri, xüsusən də ermənipərəst Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasının iclasında, çox güman ki, yalnız bir prinsipi rəhbər tutaraq Azərbaycanın əleyhinə çıxış ediblər: hətta üçüncü ölkə ədalət prinsiplərinə və beynəlxalq hüquqa əsasən hərəkət etsə də, xristian ölkəsi xristian dövlətini müdafiə edir”, – o vurğulayıb.
Onun sözlərinə görə, Qərbdə islamofobiyanın getdikcə aktiv şəkildə yayılması müşahidə olunur və İsveç daxil olmaqla, müxtəlif Avropa ölkələrində Qurani-Kərimin yandırılması buna sübutdur:
“Təəccüblü deyil ki, Azərbaycana qarşı mənfi fikirlər səsləndirən ölkələrdən biri də islamofobiyanın yayıldığı ölkə kimi tanınan Fransa olub. Bu, erməni lobbisinin çoxdan kök saldığı ölkədir”.
“Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın da Qarabağdakı ermənilərin həyatının heç bir təhlükə altında olmadığını bəyan etdiyini nəzərə alsaq, BMT Təhlükəsizlik Şurasının iclasında səslənən əsassız ittihamların absurd olduğunu söyləyə bilərik”, – X.T.Əkrəm qeyd edib.
www.RIA24.az