Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib – YENİLƏNİB + FOTO

Siyasət


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqanda Respublikasının vitse-prezidenti Cessika Alupo ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin son dövrlərdə, xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə Uqanda ilə təmaslarının artdığını qeyd edərək, bundan sonra da QH Üçlüyü çərçivəsində aktiv əməkdaşlıq etmək niyyətində olduğumuzu bildirib, Hərəkatın gələcək Uqanda sədrliyinə uğurlar arzu edib.

Müxtəlif sahələrdə təcrübə mübadiləsinin münasibətlərin, o cümlədən ölkələrimizin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Uqandanın Hoima şəhərində Azərbaycanın ASAN xidmət modeli əsasında yaradılmış vətəndaşlara xidmət mərkəzinin açılmasının bunun bariz nümunəsi olduğunu qeyd edib.

Vitse-prezident Cessika Alupo Azərbaycanın QH-yə sədrliyi dövründə Hərəkatın dirçəldilməsi, nüfuzunun artırılması istiqamətində səylərin təqdirəlayiq olduğunu, bu xüsusda mövcud bu uğurlu təcrübənin növbəti illərdə davam etdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

20:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Uqandanın vitse-prezidenti Cessika Alupo ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq gündəliyini və gələcək planları müzakirə ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir