Alimlər D vitamininin ürək-damar xəstəlikləri ilə mübarizədə faydalarını təkzib ediblər. İsveçrə Qidalanma və Sağlamlıq Fondunun alimləri tərəfindən hazırlanan materiala əsasən, bu nəzəriyyənin lehinə heç bir inandırıcı sübut yoxdur.
Bəyanat 18 il davam edən tədqiqatın nəticələrinə əsaslanır. Bu tədqiqatda Lozanna şəhərindən olan 35-75 yaş arası 5 684 sağlam isveçrəli iştirak edib.
Tədqiqat çərçivəsində eksperimentin əvvəlində və sonunda onlar anketləri doldurduqdan sonra qan analizləri veriblər.
Nəticədə eksperimentin sonunda iştirakçıların üçdə biri kifayət qədər D vitamini qəbul etməyib, yarıdan çoxu isə demək olar ki, normal səviyyədə D vitamini qəbul ediblər. Bundan əlavə, qanda D vitamininin yüksək faizi ürək-damar xəstəlikləri riskini azaltmayıb.
Lakin alimlər D vitamininin yenə də qanda “pis” xolesterinin səviyyəsini azaltmaqla və “yaxşı” xolesterinin səviyyəsini artırmaqla ürək-damar ağırlaşmaları riskinə təsir edə biləcəyini qeyd edirlər.
Mənbə: medzdrav.info
www.RIA24.az