“Təmir zamanı pula qənaət etməyin ən aşkar yolu dizayndır, çünki təcrübəli mütəxəssis nəyə qənaət etməməli olduğunuzu, həmçinin əksinə nəticəyə xələl gətirmədən bahalı materialları necə əvəz edəcəyini bilir”.
Bu barədə dizayn və texniki sənədlərin hazırlanması üzrə rusiyalı mühəndis və ekspert Dmitri Mamin bildirib.
Onun sözlərinə görə, yaxşı təmir prinsipi ondan ibarətdir ki, baza işi mümkün olan ən yüksək keyfiyyətlə aparılsın.
“Bu iş növlərinə divarların, tavanların hamarlanması, döşəmələrin qurulması, pəncərə və qapıların quraşdırılması, elektrik və santexnika işləri daxildir”, – deyə o izah edib.
Maminin sözlərinə görə, yaxşı nəticə təkcə materiallardan deyil, həm də işçilərin peşəkarlığından asılıdır.
“Bu cür mütəxəssislər daha baha başa gəlsə də, heç bir təzələmə və ya sahibinə əhəmiyyətli miqdarda xərclərə başa gələcək əlavə işlər ortaya çıxmayacaq”, – deyə Mamin bildirib.
Mütəxəssis mənzili təmir edərkən xərcləri azaltmaq üçün digər tövsiyəsinin işlərin bir hissəsini ev sahibi tərəfindən görülməsi olduğunu deyib:
“Təmirin bəzi mərhələləri – məsələn, divarların demontajı, hazırlanması və təmizlənməsi, köhnə üzlüklərin qaşınması, materialların alınması və çatdırılması, qaralama işlərinin aparılması, zibillərin çıxarılması – müstəqil şəkildə həyata keçirilə bilər. Kompleks tamamlama işləri, kommunikasiyaların çəkilməsi və elektrik enerjisi ilə bağlı işlər isə peşəkarlar tərəfindən aparılmalıdır”.
Ekspert yay və qış aylarında təmir xərclərinin fərqli olduğunu bildirib:
“Qışda tikinti briqadaları nisbətən az yüklənirlər, ona görə də yüksək ixtisaslı işçiləri bir az daha ucuz işə götürə bilərsiniz”.
Mamin bildirib ki, dartma konstruksiya planlaşdırılırsa, pula qənaət etmək üçün tavanın işlənməsinə və düzləşdirməyə ehtiyac yoxdur.
Mütəxəssis bahalı materialları ucuz analoqlarla əvəzlənməsinin mümkünlüyündən də danışıb. Onun sözlərinə görə brend tikinti materiallarının aşağı büdcəli keyfiyyətli seriyası da olur.
“Bu, həm bəzək materiallarına, həm də döşəmə örtüklərinə, rozetkalara və elektrik açarlarına aiddir. Tanınmış brendin məhsullarını seçmək vacibdir. Yoxlanılmamış brendlərdən mal almaq risklidir”, – deyə o bildirib.
Büdcə məhduddursa, ekspertin fikrincə, həyata keçirilməsi bahalı olan və dizaynerin məcburi iştirakını tələb edən üslublar sınanmamalıdır.
“Hazırda “industrial” və ya “loft” üslubları kərpic və beton divarları interyerin diqqətçəkən elementinə çevirməklə bəzək işlərinə qənaət etməyə imkan verir”, – deyə ekspert sözlərini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az