Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (“Tentative List”) daxil edilib.
Bu barədə AZƏRTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.
www.102info.az