Rostovda təxminən 4000 il yaşı olan məzarlar aşkar edilib

Dünya


Rusiyanın Rostov vilayətində Don Dövlət Texniki Universitetinin alimləri tələbələrlə birlikdə təxminən dörd min il yaşı olan məzarlar aşkar ediblər.

DSTU-nun Arxeologiya və Mədəniyyət Tarixi Departamentinin rəhbəri Sergey Lukyaşko bildirib ki, dəfnlər Don və Kaqalnik çayları arasındakı suayrıcı terras ərazisində yerləşən kurqanda tapılıb.

“Həmin yerdə dörd məzarda beş nəfər dəfn olunub. Məzarlardan birində iki nəfər dəfn olunub. Məzarların tarixi III minilliyin sonundan II minilliyin əvvəlinə qədər olan dövrə aiddir, yəni yaşı 4 min ildən çoxdur”, – deyə Lukyaşko bildirib.

Onun sözlərinə görə, qəbir strukturlarının – katakombaların quruluşu maraq doğurur. Qəbirlərdən kiçik tunc əşyalar və keramika məmulatları aşkar edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir