Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Dünya


Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, nazir müavinləri regional böhranların  siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetiriblər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir