Dünyanın ən tanınmış aktrisalarından olan Sofi Loren Cenevrədəki evində yıxılaraq ayağını sındırıb.
Bu barədə kino ulduzuna yaxın mənbədən xəbər verilib.
89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb. Onda bir neçə omba sınığı aşkarlanıb və dərhal əməliyyat olunub.
Həkimlərin sözlərinə görə, əməliyyat uğurlu keçib.
Qeyd edək ki, Sofi Lorenin sentyabrın 20-də 89 yaşı tamam olub. O, 100-ə yaxın kinoda iştirak edib. Həmçinin iki dəfə – 1962-ci ildə “Çoçara” filmindəki baş rola görə və 1991-ci ildə kino sənətinə verdiyi töhfəyə görə “Oskar” mükafatına layiq görülüb.
Mənbə: Lenta.ru
www.RIA24.az