Cəlilabadda avtomobil yük maşınına çırpıldı: Sürücü yanaraq öldü – VİDEO

Cəmiyyət


Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes-Benz” yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir