Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra yanıq xəsarətləri alan 23 nəfər Rusiya sülhməramlı kontingentinin (RSK) tibb məntəqəsinə gətirilib.
Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat verilib.
“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri partlayış zamanı xəsarət alanlara təcili yardım göstərməkdə davam edirlər. Ehtiyacı olanlara və zərərçəkənlərə bütün lazımi yardım göstərilir”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına görə, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
www.RIA24.az