“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov deyib.
O bildirib ki, hava şəraiti əlverişli olduğu təqdirdə bu il 20 evin bərpası icra olunacaq:
“Əgər hava şəraiti uyğun olmasa, 17 evi təhvil verə biləcəyik. 2021-2024-cü il ərzində Xınalıqda 60 evin layihələndirilməsi planlaşdırılıb. 2021-ci ildə 16 evin bərpası həyata keçirilib. 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri bərpa etməyi planlaşdırırıq”.
O əlavə edib ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.
İlhamə Əbülfət
www.102info.az