İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Bu barədə Kremlin rəsmi internet səhifəsində bildirilib.
Məlumata görə, dövlət başçıları digər məsələlərlə yanaşı Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması barədə fikir mübadiləsi aparıblar.
Həmçinin bildirilir ki, Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi barədə məlumat verib.
Mənbə: 5-tv.ru
www.102info.az