Koronavirusdan daha təhlükəli pandemiyanın ilk işartısı: Vyetnamda insandan insana keçdi

Dünya


Vyetnamda meymunçiçəyi virusunun insandan insana keçməsi ilə bağlı ilk hadisə qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə departamentindən xəbər verilib.

Məlumata görə, Binzıonq vilayətinin 22 yaşlı sakini birlikdə yaşadığı sevgilisindən meymunçiçəyi virusuna yoluxub.

O, ölkədə bu diaqnozla üçüncü xəstədir. Qadın hazırda xəstəxanada karantindədir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə illik assambleyada çıxışında meymunçiçəyi ilə bağlı məlumat verərək, bu xəstəliyin dünyada yeni pandemiya təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib. O, yeni epidemiyanın COVID-19-dan daha təhlükəli ola biləcəyini vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir