Panqolinlər çox qeyri-adi görünüşə malik kiçik məməlilər sinfidir. Onların ikinci adı “kərtənkələlər”dir.
Bu heyvanlar isti bölgələrdə yaşayır. Burada onlar gecə yırtıcıları olaraq olduqca özünəməxsus həyat tərzi keçirirlər. Panqolinlər qarışqa yuvalarını məhv edənlər kimi məşhurdular, bunun üçün onların xüsusi uzun dilləri var.
Təəssüf ki, getdikcə bu qəribə pulcuqlu heyvanların nəsli tükənir. Buna səbəb əsasən brakonyerlikdir. Ən çox panqolinlərin ovçuların qurbanı olduğu hesab olunur. Panqolinlər ətini (Asiyada yüksək qiymətləndirilən bir delikates) satmaq və ya guya müalicəvi xüsusiyyətlərə malik olan pulcuqları əldə etmək üçün ovlanır.
Maraqlıdır ki, qeyri-qanuni panqolin alveri bu yaxınlarda elmi kəşfə səbəb olub. “PNAS” elmi tədqiqatlar jurnalında dərc edilmiş məqalədə Asiya panqolinin yeni növü olan “Manis mysteria” təsvir edilib. Bu, Çinin Yunnan əyalətində qaçaqmalçılardan götürülən panqolinlərin genetik materialı və pulcuqlarının tədqiq edilməsi zamanı müəyyən edilib. Məlum olub ki, artıq səkkiz yox, doqquz panqolin növü var.
Yeni nəticə təkcə bu özünəməxsus heyvan qrupunun (yeri gəlmişkən, bu qrupa nəsli kəsilmiş nümayəndələri də daxildir) təkamülünü daha yaxşı başa düşməyə kömək etmir. Bu, həmçinin panqolin növlərinin yer üzündən yox olmasının qarşısını almaq üçün faydalı olacaq.
Mənbə: Naked Science
www.RIA24.az