Türk Hava Yolları (THY) İtaliya istiqamətində reallaşdırılacaq bəzi səfərləri ləğv edib.
Bu barədə THY-nin mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında paylaşım edib.
Yəhya Üstün 29 sentyabrda bütün İtaliya ərazisində keçiriləcək tətil səbəbindən bəzi uçuşların ikitərəfli olaraq ləğv edildiyini bildirib.
Qeyd edilib ki, 28 və 29 sentyabr tarixlərində baş tutacaq İstanbul-Milan və Milan-İstanbul uçuşları olmayacaq.
Mənbə: Haber Global
www.102info.az