Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az