“Qarabağa səfər Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında həftəsonu baş tutacaq”.
“Report” xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.
Sözçü bildirib ki, missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksək vəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edəcək. OSHA-nın texniki qrupu (Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Risklərin İdarə Edilməsi) və BMT agentliklərinin nümayəndəsi də missiyanın bir hissəsi olacaq.
S.Dujarrik Azərbaycan tərəfinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşdığını, bölgədə beynəlxalq insan hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu deyib:
“Missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq. Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək”.
www.RIA24.az