“Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun Baş planı qurmuşuq. Buna əsasən, Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb”, – o deyib.
Aydın Kərimov bildirib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var:
“Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb”.
www.102info.az