Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınıb – FOTO

Dünya


Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və digər şəxslər iştirak ediblər.

O.Kondratyuk bildirib ki, valideynləri hazırda cəbhədə olan uşaqlar iki həftə ərzində “Qəbələ” tibb-sağlamlıq mərkəzində tibbi reabilitasiya kursu keçəcəklər.

Vitse-spiker vurğulayıb ki, 29 ukraynalı uşağın Azərbaycanda qalması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev uşaqlara yaxşı istirahət, sağalma və yeni təəssüratla evə qayıtmalarını arzulayıb. Bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Artıq neçənci dəfədir ki, Ukraynadan olan uşaqların reabilitasiyadan keçmələri üçün Azərbaycana səfərləri təşkil olunur.

Qeyd edək ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Xatırladaq ki, bundan öncə bir neçə dəfə ukraynalı uşaqların Azərbaycana səfəri təşkil olunub. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir