“Marsel”in baş məşqçisi Cennaro Qattuzo komandasının oyunçularına “fiziki təzyiq” göstərir. Məlumata görə, italiyalı mütəxəssis futbolçuların çiyinlərinə yumruqla zərbələr endirir və bundan sonra onların bəzilərinin bədənində göyərmə izləri qalır.
Cennaro bunu cəza olaraq deyil, mükafat olaraq edir. O, futbolçuları məşqdə düzgün hərəkət etdiklərinə görə belə “tərifləyir”.
Bildirilir ki, italyan mütəxəssisin bu iş tərzi futbolçuların xoşuna gəlir, o, artıq Fransa klubunun futbolçuları ilə yaxşı bağlantı yaradıb.
Xatırladaq ki, Qattuzo 27 sentyabrdan etibarən “Marsel”i çalışdırmağa başlayıb. Bundan əvvəl o, İspaniyanın “Valensiya”, İtaliyanın “Napoli” və “Milan” klublarında məşqçi işləyib.
Mənbə: gazeta.ru
www.102info.az