Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlanıb

Cəmiyyət


Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir.

Bu barədə Azərbaycanın baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Baş prokuror bildirib ki, qadın prokurorluq əməkdaşlarından səkkizi rəhbər vəzifələrdə çalışır:

“Onlardan bir nəfər idarə rəisi, iki nəfər rayon prokuroru, üç nəfər idarə rəisinin müavini, bir nəfər rayon prokurorunun müavini, bir nəfər şöbə rəisi vəzifəsində işləyir”.

www.102info.az

Spread the love