Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili “Hyundai” markalı avtomobillə toqquşub.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az