Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb.
Super Liqa təmsilçisinin saytının yaydığı məlumata görə, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub. İstefaya paytaxt klubunun ölkə çempionatının ilk yeddi turunda uğursuz çıxış etməsi səbəb olub.
Qeyd edək ki, “Ankaragücü” altı xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
www.102info.az