Azər Axşam: “Təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır”

Mədəniyyət


“Axşamın oyunu” verilişinin aparıcısı, aktyor Azər Şabanov (Axşam) ATV telekanalı ilə yollarını ayırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı aparıcı Azər Axşamla danışıb.

Aparıcı yayılan məlumatı təsdiqləyib:

“Düzdür, ATV telekanalı ilə yollarımızı ayırdıq. Hələ ki, gözləyirik. Bundan sonra ünvan olaraq harada olacağım bəlli deyil. Nə olacağını zaman göstərəcək. Hələ təklif yoxdur. ATV-dən mövsüm başlayan zaman yolları ayırmaq qərarına gəldiklərini bildirdilər. Hər bir televiziyada iyun və iyul ayında mövsüm dayanır. Həmin vaxt məlumat versəydilər, daha yaxşı olardı. Lakin indi bütün televiziyalarda nə olacağı bəllidir. Anidən oldu, çox təəccübləndim”.

Azər Axşam qeyd edib ki, təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır:

“Mənə öncədən xəbərdarlıq olunmamışdı. Müqavilə noyabr ayında yenilənməlidir. Bir həftə öncə kadrlar şöbəsindən çox hörmət etdiyim şəxs zəng vurub dedi. Çox təəccübləndim.

50 yaşım var. 25 ildir ki, televiziyadayam. Bu günə qədər heç bir problem yaşamamışam. Kanala artıq lazım deyiləmsə, bu da başadüşüləndir. Mən kimisə məcbur edə bilmərəm. Baxımlı televiziya yoxdur. Baxımlı veriliş var. Əvvəlcədən bilsəydim, dostlara müraciət edərdim”.

“Heç kəslə düşmənçiliyim yoxdur. Sabah nə olacaq bilinmir. Canımız sağ olsun. Mən heç kimdən acıqlı, hirsli, incik deyiləm. Allah istəməsə, ağacdan bir yarpaq belə düşməz. Bəlkə də xeyirlisi budur. Bu günümüzə şükürlər olsun. Ona görə kimsədən küsməmişəm. Sadəcə təəccübləndim. Mövsümün sonunda deyilsəydi, yaxşı olardı. Çünki təkliflər ola bilərdi. Mənim incikliyim yoxdur. Sənətçi küskünlüyüm var”, – deyə Azər Axşam əlavə edib.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir