“Azərbaycan “Artemis” layihəsinə qoşulan 29 ölkə sırasında deyil. Lakin biz Azərbaycanın iştirakına şad olardıq”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə təşkil olunan NASA-nın mətbuat konfransında Yaponiyanın Kosmik Agentliyinin prezidenti Hiroşi Yamakava deyib.
O bildirib ki, Yaponiyanın Kosmik Agentliyi “Azərkosmos” ilə əməkdaşlıq edir:
“Əgər Azərbaycan “Artemis” layihəsinə qoşulmaq istəyərsə, biz həm birinci, həm də ikinci fazada məlumatları onlarla bölüşməyə hazırıq”.
Könül Cəfərli
www.102info.az