BMT missiyası başa çatdı: İnfrastruktura heç bir zərər müəyyən olunmadı – VİDEO

Müharibə


Qarabağa səfər edən BMT missiyası işini başa çatdırıb. Təşkilatdan verilən yekun bəyanata görə, mülki infrastrukturda heç bir ziyan görülməyib və mülki şəxslərə qarşı zorakılıq müəyyən olunmayıb.

Bu barədə Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.

Qeyd edilir ki, Azərbaycan Qarabağda qalan və ya Ermənistana qayıdacaq ermənilər üçün inteqrasiya planını açıqlayıb.

“BMT heyəti ziyarət etdikləri yerlərdə xəstəxanalara və ya mülki ictimai infrastrukturlarında heç bir zərər görməyib. Onlar, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə xidmətlərinin bərpası üçün hazırlıq gördüyünün şahidi olublar. Bundan başqa mülki şəxslərə qarşı zorakılıq hallarına rast gəlməyiblər”, – deyə  süjetdə bildirilir.

Reportajda, həmçinin Ermənistanın qarayaxma kampaniyalarına da toxunulub, heç bir dəlil olmadığı halda ermənilərin “məcburi köçə”, hətta “etnik təmizləməyə” məruz qalması yalanını irəli sürdükləri vurğulanıb.

Ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir