Şəkidə azyaşlını avtomobil vurub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.
Belə ki, Tofiq Əzimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü Nuray Məmmədlini vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az