Bakıda Almaniya Birliyi Günü qeyd olunub – FOTO

Siyasət


Bakıda Almaniya Birliyi Günü qeyd olunub.

APA xəbər verir ki, mərasimdə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman çıxış edib.

O bildirib ki, Alman xalqı bu gün birləşmənin 33-cü ildönümünü qeyd edir.

Diplomat qeyd edib ki, bu hadisə ölkəyə sülh, inkişaf gətirib.

Alman diplomat çıxışında Cənubi Qafqaz regionunda sülhün vacibliyinə də toxunub:

“Almaniya və Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olması üçün çalışır. Biz nəhayət ki, Cənubi Qafqaza sülhün gələcəyinə inanırıq”.

Diplomat xatırladıb ki, Avropanın tarixində də müharibələr olub və bu gün regionda sülh, inkişaf hakimdir.

Səfir Almaniya və Azərbaycan arasında dostluq münasibətlərinə toxunaraq deyib ki, iki ölkə arasında münasibətlərin əsaslı kökləri var.

Mərasimdə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov çıxış edərək deyib ki, Azərbaycan Almaniya ilə münasibətlərə böyük önəm verir. Bu münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Nazir müavini iki ölkə arasında ticarət əlaqələri barədə də danışıb. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi 1,1 milyard ABŞ dolları təşkil edir ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 59 faiz artım deməkdir.

Elnur Soltanov əlavə edib ki, bu gün Azərbaycanda 200-dən çox alman şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir