Türkiyədə kəndlilər qorxudan əkin sahələrinə gedə bilmirlər – VİDEO

Maraqlı


Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda vətəndaşlar qorxudan əkin sahələrinə gedə bilmirlər. Son zamanlar tez-tez rast gəlinən ayılar fermerlərin qorxulu yuxusuna çevrilib.

Dağlıq ərazidə yemək tapmaqda çətinlik çəkdiyi düşünülən ayılar rayon mərkəzinin yaxınlığında yerləşən Karaağaç kəndindəki əkin sahələrinə axışırlar. Qarpız və alma kimi meyvələrə, həmçinin pomidor və lobya kimi tərəvəzlərə dadanan ayılar yedikdən sonra çıxıb gedirlər.

Əkin sahələrinə gələn ayıları qorxutmaq üçün kanistrlə cihaz hazırlayan kənd sakinləri də ayıların gəlməsinin qarşısını ala bilmirlər. Axşam saatlarında əkin sahələrinin yanından keçən yoldan istifadə edərək kəndə çatmaq istəyən bir qrup kənd sakininin çəkdiyi videoda bir ayının yemlənmək üçün alma ağacına dırmaşdığı, səsləri eşidib və işığı görəndən sonra ərazidən uzaqlaşdığı görünür.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir