Almaniya Kansleri Olaf Şolts və onun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası ölkənin iki mühüm bölgəsində keçirilən seçkidə tarixi fiasko ilə üzləşə bilərlər.
Seçki oktyabrın 8-də 19 milyon əhalisi olan Bavariya və Hessen federal ərazilərində keçiriləcək.
Məlumata görə, sorğular Sosial Demokrat Partiyasının ikiqat fiasko və əsl məğlubiyyətlə üzləşəcəyini göstərir. Bavariyada Şoltsun partiyasının beşinci, Hessendə isə dördüncü yeri tutacağı proqnozlaşdırılır.
Olaf Şolts üçün bazar axşamı onun kanslerliyinin ən pis anı ola bilər. Sosial Demokrat Partiyasının seçkidə məğlubiyyəti birbaşa olaraq kanslerə və onun hökumətinə dair sorğuların nəticələrində özünü göstərəcək.
Bununla belə, onun kansler səlahiyyətlərinin 2025-ci ildə mütləq başa çatacağı da bildirilir.
Mənbə: News.ru
www.102info.az