Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
“Xəzri-2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikası HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
www.RIA24.az