Türkiyənin Bitlis vilayətində maraqlı hadisə yaşanıb.
Tatvan rayonu ərazisində yerləşən Nemrut Krater Gölü ətrafında ac qalan ayılar qapı-pəncərələri açıq olan mikroavtobusa giriblər.
Piknik qalıqları, zibilliklərdən tapdıqları yeməklərlə qidalanan və turistlərin çadırlarına hücum edən ayılar bu dəfə də mikroavtobusda yemək axtarmağa başlayıblar. Nəticədə avtobusun içində pizza tapıblar və acgözlüklə qarınlarını doydurmağa çalışıblar.
Mənbə: Haber Global
www.RIA24.az