Tayvanda “Koinu” qasırğası nəticəsində 190-a yaxın insan xəsarət alıb

Dünya


“Koinu” qasırğası səbəbindən 190-a yaxın Tayvan sakini tibbi yardıma müraciət edib.

Məlumata görə, ölənlər barədə hələ ki, məlumat yoxdur. Ən çox itki Tayçjun (54 nəfər) və Taynan (37) şəhərlərində qeydə alınıb.

Xilasedicilər və digər fövqəladə hallar xidmətlərinin əməkdaşları təhlükəli ərazilərdən üç minə yaxın insanı təxliyə ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi “Koinu” qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib. Oktyabrın 4-də adanın bir sıra bölgələrində məktəblərdə dərslər ləğv edilib, ofislərin fəaliyyəti də dayandırılıb. Tayvanda qasırğa səbəbindən ən azı 93 aviareys və 97 bərə reysi təxirə salınıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir