Həmyerlisini güllələyib Rusiyaya qaçmışdı, 6 il sonra tutuldu

Kriminal


Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə iş açılmış 1986-cı il təvəllüdlü Vahid Fiolet oğlu Əsgərov Rusiya ərazisində saxlanılıb.

“İnterpol” xətti ilə axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, V.Əsgərov 6 il əvvəl Şəmkir rayonu ərazində həmyerlisini güllələyib. O, avtomobilində Cavid Şirinov adlı şəxsə atəş açıb. Həmin vaxt güllələnən şəxsin həyatını xilas etmək mümkün olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir