Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
V.Zelenski bu barədə “X” platformasında yazıb.
“Ermənistanın baş naziri Nikol Paşinyanla ilk görüşümüz zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini müzakirə etdik. Ukrayna Cənubi Qafqazda sabitliyin təmin edilməsində və region xalqları ilə dostluq münasibətlərində maraqlıdır. Biz ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələri müzakirə etdik”, – Zelenski yazıb.
During our first-ever meeting, Armenian Prime Minister @NikolPashinyan and I focused on the security situation in the South Caucasus. Ukraine is interested in the region’s stability and friendly relations with its nations. We also discussed our bilateral cooperation and… pic.twitter.com/xtOB2XvXsl
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) October 5, 2023
www.102info.az