Moskva vilayətində iki yaşlı uşaq əkiz qardaşını bıçaqla yaralayıb

Dünya


Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində əkiz qardaşı ilə mətbəxdə oynayan iki yaşlı uşaq döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Valideynlər iki yaşlı əkiz qardaşları yatızdırmağa aparıblar. Bir anda ana və atanın fikri yayınıb və uşaqlar mətbəxə qaçıblar.

Oğlanlardan biri masanın üzərindən bıçağı götürüb, bu zaman qardaşı onun yanına qaçıb və bıçaq onun sinəsinə batıb.

Uşaq döş qəfəsinin kəsilmiş yarası ilə tibb müəssisəsinə yerləşdirilib, hazırda cərrahiyyə şöbəsindədir. Hadisənin başvermə səbəblərini Moskva vilayəti üzrə prokurorluq araşdırır.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir