Kaliforniyada minlərlə hörümçək “şəffaf paraşütlərdə” səmadan “düşür”. Hellouin bayramının yaxınlaşması ilə bu, bir növ zarafat kimi görünə bilər, lakin Kaliforniyanın Mərkəzi Sahilinin sakinləri zarafat əhvali-ruhiyyəsində deyillər.
Yerli sakinlər deyirlər ki, onları sözün əsl mənasında hörümçək “yağışı”na məruz qalıblar – göydən enən minlərlə həşərat torlarından kiçik “paraşüt” kimi istifadə edir.
İnternetdə bununla bağlı onlarla video paylaşılıb.
Vəziyyət olduqca qəribə görünsə də, San Xose Dövlət Universitetinin biologiya kafedrasının dosenti Fred Larabinin fikrincə, bunun məntiqi izahı var.
Toru tədqiq edən alim bunun hörümçək balalarının toxuduğu ipək saplar olduğunu aşkar edib. Larabi qeyd edir ki, balaların doğulduğu yerdən uzaqlaşması lazımdır. Bunu etmək üçün ipək saplardan strukturlar toxuyurlar və sonra külək onları yeni yaşayış yerlərinə aparana qədər gözləyirlər.
Bioloq qeyd edir ki, hörümçəklərin bu böyük miqrasiyası öz ailələri ilə ərazi uğrunda mübarizə aparmaması üçün lazımdır.
Mənbə: Fokus
www.RIA24.az