Tədqiqatçılar elmdə bir ilkə imza atıblar.
Onlar güclü lazerdən istifadə edərək səmada ildırımın istiqamətini dəyişməyə nail olublar. Güclü lazer ildırımın istiqamətini təqribən 60 metr dəyişə bilib. Bu da ildırım vurmasından qaynaqlanan yanğınların və ölümlərin qarşısının alınmasında effektiv ola bilər.
Alimlərin verdiyi məlumata görə, ildırımın istiqamətini dəyişdirən çubuqlardan istifadə fikri 1970-ci illərin əvvəlinə qədər gedib çıxsa da, yeni cihaz əvvəlkilərdən 100 dəfə sürətli və ildırımı “tutma” ehtimalı da 100 dəfə çoxdur.
Mənbə: Haber Global
www.RIA24.az