İlon Mask “X” sosial şəbəkəsində abunəlikdən pul qazanmağın yollarını tapdı

Dünya


“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) abunə modelində islahatlar aparmağı və gəlirliliyi artırmağı planlaşdırır.

Bunu şirkətin baş direktoru Linda Yakkarino kreditorlarla görüşdə deyib.

Beləliklə, “X” hazırda qiyməti 8 dollar olan premium abunəliyini üç səviyyəyə bölmək niyyətindədir: “Basic”, “Standard” və “Plus”.

Birinci tarifdə abunə olmaq reklamın miqdarına heç bir şəkildə təsir etməyəcək, ikincisində reklamın görüntülənməsi iki dəfə azalacaq, ən bahalı variantda isə reklam istifadəçinin lentindən tamamilə çıxarılacaq.

Yakkarino bildirib ki, abunə bölgüsü 2024-cü ilin ikinci yarısına qədər şirkətə zərərsiz işləməyə kömək edəcək. O qeyd edib ki, bu zaman “X” 13 milyard dollar məbləğində borcun ödənilməsi xərclərini nəzərə almadan artıq qazanc əldə edəcək.

Üç abunə səviyyəsi barədə xəbəri “iPhone” tətbiqinin kodunda onların qeydini tapan “X” istifadəçilərindən biri təsdiqləyib. Bu, “X”in tezliklə yeni abunə modelini işə salmağa hazırlaşdığını göstərir.

“X” sosial şəbəkəsinin sahibi İlon Mask öz növbəsində artıq bütün istifadəçilər üçün xidmətə giriş üçün məcburi ödənişin tətbiqini təklif edib. Onun fikrincə, bu, botlarla mübarizədə kömək edərdi.

Mənbə: Bloomberg

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir