“HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi”.
Bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant “X” sosial şəbəkə hesabında bildirib.
“Müdafiə Ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq”, – deyə müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması oktyabrın 7-də səhər saatlarında Qəzza zolağına yaxın olan ərazilərə hücum edib.
The Hamas terorist organization made a grave mistake this morning and launched a war against the State of Israel.
IDF troops are fighting the enemy at every location.
I call on all of Israel’s citizens to follow
security instructions.The State of Israel will win this war. pic.twitter.com/WwAmBkYZCG
— יואב גלנט – Yoav Gallant (@yoavgallant) October 7, 2023
www.102info.az