İsraildə konsert proqramı ilə çıxış edən azərbaycanlı müğənni çətin vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, ölkəmizi “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi bu barədə özünün “Instagram” hesabında paylaşım edib.
“Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib. 5 000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. İnşallah hər şey keçər”, – deyə müğənni sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əviv şəhəridədirlər. Onlar ötən gün konsertdə iştirak etmək üçün bu ölkəyə yollanıblar.
www.102info.az