İş adamına hücum edib pul istədilər – VİDEO

Kriminal


2023-cü ilin mart ayında paytaxtın mərkəzindəki məşhur iaşə obyektlərindən birinin sahibi və onun 10 yaşlı oğluna qarşı törədilən quldurluq müşahidə kameraları vasitəsilə lentə alınıb. 
Sahibkara ağır xəsarətlər yetirən və sonradan quldurluqda ittiham olunan şəxslər cinayət məcəlləsinin 6 maddəsi ilə təqsirləndirilirlər. Cinayət işinin ilk məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədlinin sədrliyi ilə baş tutub. İstintaq zamanı məlum olub ki, hadisəni törədənlər həmin iaşə obyektində kuryer kimi çalışan Şahin Quliyev və Sakit Əlişovdur. 

Həmin şəxslər Nəsimi rayonu, Məhərrəmov küçəsi, 68 ünvanında yerləşən kafenin sahibi Rac Abramova qarşı tamah məqsədli quldurluq əməlini törətmək üçün işin sonunda zirzəmidə gizlənib, onun obyekti bağlamağını gözləyiblər və qəfil ona hücum edərək dəmir linklə zərbələr endiriblər.

Qeyd edək ki, hadisə vaxtı Rac Abramovun 10 yaşlı oğlu Rauf da digər otaqda olub.

Cinayətkarlar Racın başından ağır xəsarətlər yetirərək, onun yaralı halını azyaşlıya göstəriblər və pulların yerini söyləməyi tələb ediblər. Sahibkar isə onların bu cəhdinin əbəs olduğunu, pulları evdə saxladığını bildirib və bir gün sonra onlara 200 min manat pul çatdıracağını deyib. Buna onu ailəsinin təhdid olunması vadar edib. Bundan sonra ata ilə oğlu duşdükləri vəziyyətdən qurtulublar.

Zərərçəkən bundan sonra polisə müraciət edib və vədələşdikləri yerdə görüşərkən hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir