Abşeronda qadına bıçaqla zorakılıq edən şəxs onu məcburi şəkildə evindən çıxarıb

Kriminal


Abşeronda kişi küçədə qadına qarşı zorakılıq edib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək ayaqyalın evdən çıxarıb.

Hadisəyə şahidlik edənlər həmin şəxsin narkotik vasitənin təsirində olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Qaynar Xəttinə müraciət olunub.

Dərhal sonra hadisə yerinə polis əməkdaşları cəlb olunaraq sözügedən şəxs barəsində müvafiq tədbirləri görüblər.

Faktla bağlı araşdırma aparılır. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir