İngiltərə Premyer Liqasında VIII tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış matçında “Tottenhem” “Luton”un qonağı olub.
Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. 52-ci dəqiqədə Miki van de Venin vurduğu qol matçda yeganə olub. 45+4-cü dəqiqədə Yves Bissumanın ikinci “sarı”dan qırmızı vərəqə görməsi ilə “Tottenhem” ikinci hissəni 10 nəfərlə keçirib.
Qələbə sayəsində xallarını 20-yə çatdıran “Tottenhem” “Mançester Siti”ni geridə qoyaraq turnir cədvəlində azı bir günlük liderliyi ələ keçirib. 18 xalı olan şəhərlilər sabah 17 xalla üçüncü olan “Arsenal”la səfər oyununa çıxacaqlar.
www.102info.az