Nazir müavini: “Korkut Ata” Film Festivalı gənclərin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”

Mədəniyyət


“III “Korkut Ata” film festivalı türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün türk dövlətləri arasında çoxçeşidli əməkdaşlıq mövcuddur:

“Təbii ki, bu əməkdaşlıq kino sahəsində də xüsusilə davam etdirilir və türk dünyası gənclərinin vətənpərvər ruhda yetişməsinə töhfə verəcək”.

F.Cəfərov vurğulayıb ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 36 film nümayiş etdiriləcək:

“Əminəm ki, xalqımız nümayiş olunan filmləri izləyəcək və paytaxtımızda kino bayramı ab-havası yaşanacaq”.

Qeyd edək ki, bu gün Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalının rəsmi açılış mərasimi keçirilir. Heydər Əliyev Mərkəzində keçirilən festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir