Naxçıvanda sərxoş sürücü qəza törədib, bir nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində qeydə alınıb.
Sərxoş sürücü idarəetməni itirərək qarşıdan gələn avtomobillə toqquşub.
Nəticədə 1970-ci il təvəllüdlü, Tumbul kənd sakini Müşfiq Həmzə oğlu Hacıyev xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az