İsrailə gözlənilməz şəkildə hücum edən HƏMAS təşkilatı xəbərdarlıq yayıb.
Bildirilib ki, əgər İsrail tərəfi yaşayış binalarına hücum etsə, o zaman girovlar edam ediləcək.
Girovların öldürülməsi audio və video vasitələrlə yayımlanacaq.
Xatırladaq ki, oktyabrın 7-də baş verən hücum nəticəsində yaraqlılar tərəfindən girov götürülən israillilərin və digər ölkə vətəndaşlarının sayı məlum deyil. HƏMAS nümayəndələrinin bir sıra bəyanatlarına görə, təxminən 130 nəfər əsir götürülə bilər.
KİV-in məlumatına görə isə Qəzza zolağına zorla aparılan israillilərin və əcnəbilərin sayı bir neçə yüzə çata bilər.
Mənbə: mk.ru
www.102info.az