İran və Sudan yüksək rütbəli rəsmilər arasındakı təmaslardan sonra diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İran İslam Respublikası və Sudan Respublikası iki ölkənin maraqlarını təmin etmək üçün diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər. Hökumətlər suverenliyə, bərabərliyə, qarşılıqlı hörmətə və ümumi maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək qərarına gəlbilər”, – nazirlikdən bildirilir.
Mənbə: TASS
www.102info.az